Dünya çempionatında Azərbaycanı onlar təmsil edəcəklər - SİYAHI

Dünya çempionatında Azərbaycanı onlar təmsil edəcəklər - SİYAHI

Gələn ay İsraildə keçiriləcək şahmat üzrə Dünya çempionatında Azərbaycanı təmsil edəcək bütün zəka sahiblərinin adları müəyyənləşib.

mediasport.az xəbər verir ki, mundialda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Aydın Süleymanlı, Qədir Hüseynov, Vüqar Əsədli və Rauf Məmmədov  təmsil edəcək.

Azərbaycan Şahmat federasiyasının təşkil etdiyi seçim turnirinin nəticələrinə əsasən, Süleymanlı qalib olub. Hüseynov ikinci yeri tutub. Əsədli və Məmmədov isə yarışı 3-4-cü yerlərdə başa vurub.

 Dünya çempionatı 19-26 noyabr tarixlərində keçiriləcək.