Millimizin üzvü Avropa çempionatına 5 qələbə ilə başlayıb
Azərbaycan millisinin üzvü Rauf Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə rapid və blits üzrə keçirilən şahmat üzrə Avropa çempionatına uğurlu start verib.
Mediasport.az xəbər verir ki, İsveçrə sistemi ilə keçirilən turnirin ilk altı turunda 5 qələbə qazanan təmsilçimiz bir heç-heçə ilə liderlər qrupunda qərarlaşıb.
Məmmədov 5,5 xalla 2-5-ci yerləri bölüşdürür. Azərbaycanın digər təmsilçisi Eltac Səfərli isə 4,5 xalla 39-cu sırada yer alıb.
Qitə çempionatına bu gün keçiriləcək beş blits partiyası ilə yekun vurulacaq. Qalib rapid və blits üzrə toplanan xalların cəminə əsasən müəyyənləşəcək.
Avropa çempionatında 500-ə yaxın şahmatçı mübarizə aparır.