İddiaçılar Turniri: Nicat rusiyalı həmkarı ilə yenə heç-heçə edib

İddiaçılar Turniri: Nicat rusiyalı həmkarı ilə yenə heç-heçə edib

Kanadada keçirilən İddiaçılar Turnirində Nicat Abasov növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, təmsilçimiz 8-ci turda rusiyalı Yan Nepomnyaşi (FİDE) ilə qarşılaşıb və heç-heçə edib.

Abasovla Yan Nepomnyaşi arasında 1-ci turda keçirilən görüş də heç-heçə yekunlaşmışdı - 0,5:0,5. 

Nicatın 9-cu turda rəqibi ABŞ təmsilçisi Fabiano Karuana (FİDE) olacaq.

Şahmatçılar arasında 2-ci tura təsadüf edən ilk görüşdə təmsilçimiz uduzmuşdu.

Xatırladaq ki, N. Abasov hazırda 2.5 xalla sonuncu - səkkizincidir.