İddiaçılar Turnirində 13-cü tur: Nicat Abasov Santoşla üz-üzə

İddiaçılar Turnirində 13-cü tur: Nicat Abasov Santoşla üz-üzə

Kanadanın Toronto şəhərində keçirilən şahmat üzrə İddiaçılar Turniri davam edir.

Mediasport.az xəbər verir ki, yarışda bu axşam 13-cü turun görüşləri baş tutacaq.

Azərbaycan təmsilçisi Nicat Abasov hindistanlı Vidit Santoşla üz-üzə gələcək.

Nicatın ağ fiqurlarla rallaşacaq qarşılaşması Bakı vaxtilə saat 22:30-da başlanacaq.

28 yaşlı qrossmeysterimiz 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb, Santoş 6 xalla 5-cidir.

Turnir aprelin 22-də yekunlaşacaq.

8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci yeri tutan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ qazanacaq.