Milli komandamız Dünya çempionatına uğurla start verdi
Kişilərdən ibarət Azərbaycan yığması İsraildə təşkil olunan şahmatın rapid növü üzrə komandalararası Dünya çempionatında mübarizəyə uğurla başlayıb.
mediasport.az xəbər verir ki, təmsilçilərimiz - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət komandamız B qrupunun ilk oyununda Özbəkistanı (2,5:1,5), daha sonra ABŞ yığmasının məğlub edib - 3:1.
Azərbaycan şahmatçılarının qrupdakı digər rəqibləri Hindistan, Polşa və İsraildir. Növbəti turun görüşləri bu gün və sabah oynanılacaq.
A qrupunda isə Çin, Fransa, Niderland, Cənubi Afrika Respublikası, İspaniya və Ukrayna mübarizə aparır.
Qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. Dünya çempionatı noyabrın 25-də başa çatacaq.