17 yaşlı azərbaycanlı Dünya çempionatında gümüş medal qazandı
Azərbaycan şahmatçısı Süleyman Süleymanlı Yunanıstanın Rodos şəhərində təşkil edilən 17 yaşadək məktəblilərin Dünya çempionatında gümüş medal qazanıb.
mediasport.az xəbər verir ki, o, 7 xalla həmyaşıdları arasında ikinci yeri tutub.
Bu yaş kateqoriyasında 7,5 xal toplayan türkiyəli Adar Tarhan çempion olub. Rumıniya təmsilçisi Andrey Filip 6,5 xalla bürünc medala sahib çıxıb.
Dünya çempionatında 51 ölkə şahmatçısı mübarizə aparıb.