İdmançılarımız Dünya Kubokunda: 2 qızıl, 2 gümüş, 1 bürünc medal
Azərbaycan idmançıları Avstriyanın Vayts şəhərində keçirilən savat üzrə Dünya Kubokunda uğurla çıxış ediblər.
Mediasport.az xəbər verir ki, təmsilçilərimiz 2 qızıl medal qazanıblar.
Kiçik yaş qrupunda Ağamirzə Mahmudbəyli (30 kq) və gənc savatçıların mübarizəsində Ələkbər Xanməmmədov (56 kq) bütün rəqiblərindən güclü olub.
Yasin İbrahimov (52 kq) və Məhəmməd Süleymanov (+75 kq) gümüş, böyüklərin yarışında isə Beyrək Bağırov (80 kq) bürünc medala sahib olublar.