Millinin üzvü adını finala yazdırıb

  Millinin üzvü adını finala yazdırıb

Güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvü Nigar Nəsirova Braziliyada keçirilən Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, o, Rio-de-Janeyro şəhərində baş tutan yarışda qadınlar arasında 10 m məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışda 578 xalla uğurlu nəticə əldə edib.

Nəsirova həlledici mərhələdə qalib olarsa, Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.