"Şamaxı"nın planı: Əvvəl "Qarabağ", sonra "İmişli və "Difai Ağsu"

"Şamaxı"nın planı: Əvvəl "Qarabağ", sonra "İmişli və "Difai Ağsu"

Yeni mövsüm 1-ci Liqada mübarizə aparacaq "Şamaxı" daha iki yoxlama matçı keçirəcək.

MediaSport.az xəbər verir ki, bölgə təmsilçisi avqustun 3-ü saat 17:00-da "İmişli”, 1 gün sonra saat 18:00-da isə "Difai Ağsu" ilə qarşılaşacaq.

Hər iki matç Şamaxı şəhər stadionunda oynanılacaq.

Vüqar Əsgərlinin komandası bundan əvvəl "Qarabağ"ın əvəzediciləri ilə 2 görüşdə qüvvəsini sınayıb və hər iki dueldə qalib gəlib - 2:0.