Fərid Savadov Avropa Universitet Oyunlarında qızıl medal qazandı

Fərid Savadov Avropa Universitet Oyunlarında qızıl medal qazandı

Azərbaycan karateçisi Fərid Savadov Macarıstanda keçirilən Avropa Universitet Oyunlarının karate yarışlarında çempion olub.

Mediasport.az xəbər verir ki, 60 kq çəkidə yarışan idmançımız finalda yerli karateçi Andraş Lasloya qalib gəlib.

Beləliklə, karateçilərimizin yarışda qazandıqları medal sayı 2-yə çatıb.

Daha əvvəl Azərbaycan İdman Akademiyası qadınların komanda yarışında 3-cü yeri tutub.