Yığmamız Gürcüstanda keçiriləcək Dünya Kubokunda iştirak edəcək

Yığmamız Gürcüstanda keçiriləcək Dünya Kubokunda iştirak edəcək

Para-pauerliftinq idman növü üzrə milli komandamızın üzvləri 29 aprel -1 may tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.

mediasport.az xəbər verir ki, Dünya Kuboku Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.

Yarışdan öncə Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün tibbi təsnifat keçiriləcək. Tibbi təsnifatdan uğurla keçmiş idmançılar yarışda  iştirak hüququ əldə edəcəklər.