Yığma komandamız ardıcıl 3 qələbə ilə pley-offa lider yüksəlib

Yığma komandamız ardıcıl 3 qələbə ilə pley-offa lider yüksəlib

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində pley-offu lider kimi başa vurub.

Mediasport.az xəbər verir ki, komandamız B qrupunun 3-cü matçında Kipr seçməsini də məğlub edib - 21:16.

İlk görüşdə Ermənistan (21:9), ardınca isə meydan sahibi Kosovodan (14:10) güclü olan yığma növbəti mərhələyə qrup birincisi kimi yüksəlib.

Millimiz növbəti raundda Albaniya basketbolçuları ilə qarşılaşacaq.