Türkiyə klubunun ər-arvad olan voleybolçuları həlak oldular
Türkiyənin "Merinos" klubunun voleybolçusu Betül Çoban Çakır və voleybolçu həyat yoldaşı Bədrəddin Çakır da baş vermiş dəhşətli zəlzələ nəticəsində dünyasını dəyişib.
mediasport.az xəbər verir ki, hər iki idmançının cansız cəsədi dağıntılar altından çıxarılıb.
Fevralın 6-da baş vermiş 7,7 bal gücündə zəlzələ nəticəsində çox sayda idmançı dağıntılar altında qalıb, Türkiyə I Liqasında mübarizə aparan "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslan həyatını itirib. Onlarla idmançının həyatı xilas edilib, bir çoxunun axtarışları davam etdirilir.
Son məlumatlara görə, ölənlərin sayı 3300 nəfəri keçib, 16 mindən çox yaralı var.