İlk gün 4 güləşçimiz yarışacaq - Olimpiadaya lisenziya verəcək DÇ

İlk gün 4 güləşçimiz yarışacaq - Olimpiadaya lisenziya verəcək DÇ

Bu gün Serbiyanın paytaxtı Belqraddda güləş üzrə dünya çempionatı start götürəcək.

Mediasport.az xəbər verir ki, ilk olaraq sərbəst güləşçilər meydan alacaqlar.

Yarışın ilk günündə təmsilçilərimizdən 61 kq-da İntiqam Vəlizadə təsnifat mərhələsində koreyalı Hyeonsik Sonqla üz-üzə gələcək.

70 kq-da qüvvəsini sınayacaq Maqomed-Başir Xaniyev də mübarizəyə təsnifatdan başlayacaq. Onun rəqibi qazaxıstanlı Sanjar Dojanov olacaq.

86 kq-da Abubakr Abakarov kanadalı Aleksandr Murla 1/16 finalda qarşılaşacaq.

Nəhayət, 125 kq-da Giorgi Meşvildişvili bolqarıstanlı İslam Adizovla dueldə 1/8 finala çıxmağa çalışacaq.

Digər güləşçilərimiz növbəti gün yarışacaqlar.

Qeyd edək ki, mundial Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.