RƏSMİ: Sautgeyt İngiltərə milli komandasından istefa verdi

RƏSMİ: Sautgeyt İngiltərə milli komandasından istefa verdi

8 ildir futbol üzrə İngiltərə milli komandasına baş məşqçilik edən Qaret Sautgeyt istefa verib.

Mediasport.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası məlumat yayıb.

Yığma 53 yaşlı mütəxəssisin rəhbərliyi altında 102 oyun keçirib, 61 qələbə, 17 məğlubiyyət və 24 heç-heçə ilə yadda qalıb.

Komanda ardıcıl iki dəfə (2020 və 2024) Avropa çempionatının finalına çıxsa da, hər ikisində məğlub olub.