Braziliya milli komandasının yeni baş məşqçisi məlum olub - RƏSMİ

Braziliya milli komandasının yeni baş məşqçisi məlum olub - RƏSMİ

Futbol üzrə Braziliya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Dorival Junior Cənubi Amerika təmsilçisinin "sükanı arxasına" keçib.

Mütəxəssis bu vəzifədə yanvarın 5-də istefaya göndərilən Fernando Dinizi əvəzləyib.

Braziliya Fernandonun başçılığı altında 6 oyuna çıxıb, 2 qələbə qazanıb, 3 məğlubiyyət yaşayıb, 1 dəfə isə "sülh"ə razılaşıb.

Xatırladaq ki, 61 yaşlı Dorival Juniorun son iş yeri "Sau Paulu" olub.