Fernando Torres "Atletiko"nun 2-ci komandasının baş məşqçisi oldu
Madrid "Atletiko"sunun U-19 komandasının baş məşqçisi Fernando Torresin iş yeri dəyişdirilib.
Mediasport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis B komandasının baş məşqçisi təyin edilib.
İspaniya millisinin veteran futbolçusu istefa verən Luis Teveneti əvəzləyib.
Tevenet növbəti mövsüm əsas komandanın çalışdırıcısı Dieqo Simeonenin köməkçisi vəzifəsini yerinə yetirəcək.
Xatırladaq ki, futbolçu karyerasını 2019-cu ildə başa vurmuş dünya və Avropa çempionu bir neçə ildir "Atletiko"nun akademiyasında çalışır, 2021-ci ildən U-19-a rəhbərlik edirdi.