"Qarabağ" uduzdu, "Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi - Premyer Liqa

"Qarabağ" uduzdu, "Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi - Premyer Liqa

Azərbaycan Premyer Liqasında 5-ci tura bu günə planlaşdırılan iki görüşlə yekun vurulub.

Mediasport.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" Gəncədə "Araz-Naxçıvan"ı qəbul edib.

 "Səbail" isə Bayılda "Qarabağ"la qarşılaşıb və son çempion üzərində qələbə qazanıb.


Azərbaycan Premyer Liqası. 5-ci tur


"
Kəpəz" - "Araz-Naxçıvan" 1:2

Qollar: Mate Kvirkviya, 78-pen., - Orxan Əliyev, 40-pen., 45.

Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Gəncə şəhər stadionu.


"Səbail" - "Qarabağ" 2:1

Qollar: Aleksandr Ramalinqom, 17-pen., 42 - Hamidu Keyta, 3.

Hakimlər: Kamranbəy Rəhimov, Elşad Abdullayev, Zöhrab Abbasov, İslam Məmmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

"ASCO Arena".



1 Zirə 5 4 0 1 5-2 12
2 Turan Tovuz 5 3 0 2 9-6 9
3 Neftçi 5 2 2 1 5-3 8
4 Sumqayıt 4 2 1 1 7-4 7
5 Qarabağ 5 2 1 2 7-5 7
6 Səbail 5 2 1 2 8-9 7
7 Araz-Naxçıvan 5 2 1 2 6-7 7
8 Sabah 4 1 1 2 6-5 4
9 Kəpəz 5 1 1 3 3-6 4
10 Qəbələ 5 1 0 4 2-11 3



Bombardirlər:

Aleksandr Ramalinqom ("Səbail") - 5 qol

Martin Petkov ("Turan Tovuz") - 3 qol

Adama Diakabi ("Qarabağ") - 2 qol

Abdullah Zubir ("Qarabağ") - 2 qol

Olavio Juninyo ("Qarabağ") - 2 qol

Orxan Əliyev ("Araz-Naxçıvan") - 2 qol

Rövlan Muradov ("Sumqayıt") - 2 qol

Belajdi Pusi ("Turan Tovuz") - 2 qol

Roderik Miller ("Turan Tovuz") - 2 qol

Mate Kvirkviya ("Kəpəz") - 2 qol