"Qəbələ"nin üzvü əməliyyat olundu
"Qəbələ"nin futbolçusu Eşqin Əhmədov Türkiyədə əməliyyat olunub.
Mediasport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi menisk və ön çarpaz bağ bərpası ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb.
Əməliyyat uğurlu keçib. Eşqin 2 gün sonra reabilitasiyaya başlamaq üçün Azərbaycana dönəcək.
Xatırladaq ki, Əhmədov 1-ci Liqanın "İmişli" ilə oyununda (0:0) zədələnmişdi.