"Kəpəz"dən 3-cü transfer

 "Kəpəz"dən 3-cü transfer

"Səbail"dən Amil Yunanov və "Sabah"dan Camal Cəfərovu mövsümün sonuna qədər icarəyə götürən "Kəpəz" daha bir keçidi reallaşdırıb.

Mediasport.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi Azərbaycan 1-ci Liqa klubu "İrəvan"dan Ədilxan Qarəhmədovu sıralarına qatıb.

Gənc yarımmüdafiəçi ilə də 6 aylıq müqavilə bağlanıb.