"Turan Tovuz" bu qış daha bir futbolçu ilə yollarını ayırıb - RƏSMİ

"Turan Tovuz" bu qış daha bir futbolçu ilə yollarını ayırıb - RƏSMİ

"Turan Tovuz"da qış fasiləsində ikinci ayrılıq reallaşıb.

Mediasport.az xəbər verir ki, hücumçu Martin Petkovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bolqar forvard Tovuz klubuna mövsümün əvvəlində keçmişdi. 21 yaşlı Petkov 16 oyuna 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Turan Tovuz" bir neçə gün əvvəl Türkiyənin "Manisa" klubuna keçən Sərtan Taşqınla da vidalaşıb.