Yığmamız Qaxda hazırlıq keçir
16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir.
Mediasport.az xəbər verir ki, Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatı üçün hazırlığa 16 idmançı cəlb olunub.
Təlim-məşq toplanışında əsas məqsəd idmançıların fiziki, texniki hazırlığını artırmaq, yarışda iştirak edəcək əsas heyəti seçməkdir.
Xatırladaq ki, Qaxda təşkil olunan məşqlər noyabrın 17-də yekunlaşacaq.