"Komanda düşdüyü çətinlikdən çıxacaq" - Səfərovdən vida sözləri
"Neftçi"nin yeni transferi Emil Səfərov sabiq komandası "Qəbələ" ilə vidalaşıb.
Mediasport.az xəbər verir ki, futbolçu rəsmi "Instagram" hesabında bölgə təmsilçisinə, onun azarkeşlərinə vida mesajı ünvanlayıb.
21 yaşlı yarımmüdafiəçi hər şeyə görə təşəkkür edib:
"Bu illər ərzində birlikdə mənə dəstək olan, çiyin-çiyinə məşq edən komanda yoldaşlarım, texniki heyət, məşqçilər, "Red Black Army" azarkeş qrupu və klub prezidentinə təşəkkürümü bildirirəm. Allah hamımızın yolunu açıq etsin. Buradan ayrılmaq çətindir mənim üçün. İnşallah, komanda düşdüyü çətinlikdən çıxacaq. Daha güclü "Qəbələ" görəcəyik. Hər birinizə "çox sağ olun" deyirəm, gələcək karyeranızda uğurlar arzu edirəm. Görüşmək ümidi ilə".
"Qəbələ" yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın uğurları üçün top qovub. E.Səfərov 2023-cü ildə "Qəbələ"nin heyətində Azərbaycan Kubokunun qalibi olub. O, "Neftçi" ilə 3 illik müqavilə bağlayıb.