Diniyev 200-ə çatdı
Coşqun Diniyev Premyer Liqada 200-cü oyununu keçirib. Onun yubileyi IX tura təsadüf edib.
MediaSport.az xəbər verir ki, “Zirə” – “Şamaxı” matçına start heyətində çıxan 27 yaşlı yarımmüdafiəçi bu qarşılaşmayadək 199 görüşdə forma geyinib. O, Premyer Liqadakı 200 matçda 9 qol vurub.
Coşqun bu oyunlardan 34-nü “Zirə”də keçirib. Yarımmüdafiəçi bu klubda 3 qola imza atıb.