"Valensiya"nın 28 yaşlı yetirməsi daşqınlar nəticəsində həyatını itirdi

 "Valensiya"nın 28 yaşlı yetirməsi daşqınlar nəticəsində həyatını itirdi

İspaniyada baş verən şiddətli sel və daşqınlar nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb.

Mediasport.az xəbər verir ki, həyatını itirənlər arasında futbolçu da var.

La Liqa təmsilçisi "Valensiya"nın yetirməsi Xose Kastilyexo təbiət hadisəsinin qurbanı olub.

"Yarasalar" rəsmi sosial şəbəkə hesablarında 28 yaşlı yarımmüdafiəçinin vəfatı ilə bağlı başsağlığı paylaşıblar.

Qeyd edək ki, Kastilyexo son olaraq 2020-ci ildə "Vilamarxant"da çıxış edib.

O, "Valensiya"nın aşağı yaş qruplarında, daha sonra aşağı liqalarda "Paterna", "Eldense", "Bunyol" və "Torre Levante" klublarında forma geyinib.