Tovuzda rekord sayda azarkeş

Tovuzda rekord sayda azarkeş

Premyer Liqasının III turundan təxirə salınan “Turan Tovuz” - “Qarabağ” oyunu rekordla əlamətdar olub.

mediasport.az xəbər verir ki, Tovuzdakı qarşılaşmanı 5800 tamaşaçı izləyib.

Bu, cari mövsümün yeni rekordudur. Bunadək ən çox tamaşaçı I turun “Turan Tovuz” - “Qəbələ” (0:2) və III turun “Sabah” - “Neftçi” (2:1) matçlarında qeydə alınmışdı. Həmin oyunların ikisində də 5500 tamaşaçı olub.

​Təxirə salınan görüşü də nəzərə almaqla III turdakı tamaşaçı sayı da rekord həddə çatıb. Turun ümumilikdə 5 matçını 14600 tamaşaçı izləyib. Bununla da I turun rekordu yenilənib. Mövsümün ilk turunda 10600 izləyici olub.