Mahir Emreli üçqat Avropa çempionuna hədiyyə verdi - FOTO

 Mahir Emreli üçqat Avropa çempionuna hədiyyə verdi - FOTO

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında iştirak edən cüdo yığmamızın düşərgəsini ziyarət edib.

Mediasport.az xəbər verir ki, Zaqreb "Dinamo"sunda çıxış edən forvard komandamızın lideri Hidayət Heydərovla görüşüb.

Emreli üçqat Avropa çempionuna "Dinamo"nun formasını hədiyyə edib.

Qeyd edək ki, Mahir zədə səbəbindən uzun müddətdir Zaqreb klubunun əsas heyətindən kənarda qalıb.