Futbol tarixinin ən nüfuzlu 50 oyunçusu kimlərdir? - SİYAHI

Futbol tarixinin ən nüfuzlu 50 oyunçusu kimlərdir? - SİYAHI

Məşhur “FourFourTwo” dünya futbolu tarixinin ən nüfuzlu oyunçularının reytinqini tərtib edib.

Mediasport.az xəbər verir ki, siyahıda 50 futbolçunun adı yer alıb.

İlk "8-liy"i ingilis futbolçular qapayırlar. Birinci pillədə "Nottingem Forest"də məşhurlaşmış İngiltərə milli komandasının sabiq müdafiəçisi Viv Anderson qərarlaşıb.

İkinci yeri əfsanəvi Devid Bekhem tutub. Rio Ferdinand isə üçüncüdür.

Sıralamada yer alan futbolçulardan 47-si kişi, 3-ü qadındır.

Futbol tarixinin ən nüfuzlu oyunçuları: Viv Anderson, Devid Bekhem, Rio Ferdinand, Trevor Frensis, Stenli Metyus, Kelli Smit, Ceymi Vardi, Yan Rayt (hamısı İngiltərə), Osvaldo Ardiles, Amadeo Karrizo, Dieqo Maradona, Lionel Messi, Karlos Volante (hamısı Argentina), Xose Leandro Andrade (Uruqvay), Franko Barezi, Cakinto Fakketti, Andrea Pirlo, Françesko Totti (hamısı İtaliya), Frants Bekkenbauer, Filipp Lam, Tomas Müller, Manuel Noyer (hamısı Almaniya), Corc Best, Bill Makkraken (hər ikisi Şimali İrlandiya), Jan-Mark Bosman (Belçika), Erik Kantona, Tyerri Anri, Klod Makelele, Zinəddin Zidan (hamısı Fransa), Con Çarlz (Uels), Yohan Kroyff (Niderland), Eysebiu, Kriştianu Ronaldu (hər ikisi Portuqaliya), Qarrinça, Marta, Neymar, Pele, Ronaldinyo, Ronaldo, Nilton Santos (hamısı Braziliya), Qyula Qroşiç, Nandor Hideqkuti (hər ikisi Macarıstan), Mia Hamm (ABŞ), Andres İnyesta (İspaniya), Hidetoşi Nakata (Yaponiya), Antonin Panenka (Çexiya), Matias Zindelar (Avstriya), Corc Vea (Liberiya), Lev Yaşin (SSRİ), Alfredo Di Stefano (Argentina/İspaniya).