Mbappe Avropada mövsümün futbolçusu, Alonso məşqçisi seçilib

Mbappe Avropada mövsümün futbolçusu, Alonso məşqçisi seçilib

“Globe Soccer Awards European Edition”ın qalibləri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe Avropada mövsümün ən yaxşı futbolçusu seçilib.

İlin ən yaxşı məşqçisi “Bayer”in çalışdırıcısı Şabi Alonso olub.

“Mançester Siti” ən yaxşı komanda nominasiyasında mükafatlandırılıb.

Avropada ilin ən yaxşı qadın klubu mükafatını “Barselona” qazanıb.

“Bavariya”nın forvardı Harri Keyn mövsümdə 44 oyunda vurduğu 45 qolla ilin bombardiri mükafatını əldə edib.

İlin kəşfi “Atalanta”, ilin inkişaf etməkdə olan oyunçusu mükafatına isə “Barselona”dan Lamin Yamal layiq görülüb.