Azərbaycan milli komandasının Malaqada toplanışı start götürüb
Azərbaycanın cüdo üzrə qadınlardan ibarət milli komandasının üzvləri 14-19 oktyabrda İspaniyanın Malaqa şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb.
Mediasport.az xəbər verir ki, hazırlıq prosesində Azərbaycanın qadınlardan ibərət yığmasının 7 idmançısı iştirak edir.
Cüdoçulara qadınlardan ibarət yığma komandanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir.
Təlim-məşq toplanışı 15-17 noyabrda Polşanın Pila şəhərində keçiriləcək 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır.