Könül Əliyeva Avropa çempionu oldu, Nizamidən gümüş medal
Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallinndə keçirilən Avropa çempionatında final görüşlərinə çıxıblar.
Mediasport.az xəbər verir ki, oğlanların yarışında Nizami İmranov (60 kq), qızların mübarizəsində isə Könül Əliyeva (52 kq) ölkəmizin hesabına ilk medalları yazdırıblar.
Uğurlu çıxışı ilə yadda qalan Könül Əliyeva həlledici dueldə türkiyəli Zilan Ertemə qalib gələrək qitə çempionu adını qazanıb.
Nizami İmranov isə ukraynalı Nazar Viskova uduzaraq gümüş medalla kifayətlənib.
Bir qədər sonra 57 kq çəkidə Fidan Əlizadə də final döyüşünə çıxacaq.
Xatırladaq ki, Azərbaycanın 16 cüdoçu ilə təmsil olunduğu Avropa çempionatı 8 sentyabrda başa çatacaq.