Cəsur İbadlı dünya çempionu oldu, Abbasov bürünc medal qazandı
Peruda yeniyetmə cüdoçular arasında dünya çempionatı keçirilir.
Mediasport.az xəbər verir ki, Cəsur İbadlı (73 kq) finalda Timur Davidovu məğlub edib və dünya çempionu olub.
Mehdi Abbasov (81 kq) 1/8 finalda İlya Simonova uduzub. İdmançımız "bürünc" uğrunda Kenzo Kremersi (Belçika) üstələyib.
Əli Qazımmmədov ilk görüşdə Jatin Jatinə (Hindistan) qalib gəlib, lakin növbəti döyüşdə mübarizəni dayandırıb. Onu belçikalı Kenzo Kremers dayandırıb.
Xatırladaq ki, mundialda daha əvvəl Nihad Məmişov (55 kq) qızıl, Məhəmmədəli Hüsiyev (50 kq) bürünc medal qazanıb.