Məhəmməd Süleymanov Bolqarıstanda qızıl medal qazanıb
Bolqarıstanın Plovdiv şəhərində savatın assault və kombat növü üzrə beynəlxalq turnir keçirilib.
Mediasport.az xəbər verir ki, 16 ölkədən 150-dən çox idmançının qatıldığı yarışı Azərbaycan millisi 1 qızıl medalla başa vurub.
Gənclər arasında 80 kq-da bütün rəqiblərinə qalib gələn Məhəmməd Süleymanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yığmanın digər üzvü Tutu İsmayılova (52 kq) böyüklər arasında turnirin 1/8 final mərhələsində Bolqarıstan idmançısını məğlub etsə də, ardınca belçikalı rəqiblə qarşılaşmada zədələnib və turnirlə erkən vidalaşıb.
Qeyd edək ki, hər 2 idmançı assault növündə mübarizə aparıb.