"Zaqreb Open": Bu gün daha 6 güləşçimiz mübarizəyə qoşulacaq

"Zaqreb Open": Bu gün daha 6 güləşçimiz mübarizəyə qoşulacaq

Bu gün Xorvatiyada keçirilən "Zaqreb Open" turnirində Azərbaycanın daha 6 güləşçisi birincilik uğrunda mübarizə aparacaq.

Mediasport.az xəbər verir ki, yarışın 3-cü günündə yunan-Roma və qadın güləşi üzrə idmançılarımız xalça üzərinə çıxacaqlar.

Kişilərdən Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), İslam Abbasov (87 kq), qadınlardan isə Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) öz çəkilərinin ən güclüsü olmağa çalışacaqlar.

Xatırladaq ki, 3 sərbəst güləşçi - Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) "Zaqreb Open"də "bürünc" qazanıblar.