"Prezident Kuboku" başlayır

"Prezident Kuboku" başlayır

Bu gün Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü oyunu üzrə "Prezident Kuboku" start  götürəcək.

mediasport.az xəbər verir ki, 5 komandanın iştirakı ilə təşkil olunacaq turnirdə ümumilikdə 12 oyun keçiriləcək.

Püşkün nəticələrinə əsasən, qrupda komandaların yerləşməsi və gündəlik oyun cədvəli bəlli olub. İlk oyun günündə "Sərhədçi-Dilbaz" komandası ilə "Polad" qarşılaşacaq. Günün digər matçında isə “Sərhədçi-Qarabağ” “Buta Qolden”i sınağa çəkəcək.

Turnir dekabrın 17, 18, 20 və 22-də qrup oyunları, 24-də isə final mərhələsi ilə davam edəcək. Bütün görüşlər Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək.