Bütün oyunları uduzan millimiz Gürcüstana da məğlub olacaq?

Bütün oyunları uduzan millimiz Gürcüstana da məğlub olacaq?

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında sonuncu oyununa çıxacaq.

MediaSport.az xəbər verir ki, yığma B Divizionunun C qrupunda Gürcüstan kollektivi ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Yığmamız bunadək keçirdiyi bütün görüşlərdə - müvafiq olaraq Ukrayna, İsveç və Kosovoya məğlub olub.