"Məncə, yalnız birlikdə olaraq uğurlar qazana bilərik” - Ozobiç
“Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiç klubun televiziyasına açıqlama verib.
Mediasport.az xəbər verir ki, 33 yaşlı xorvatiyalı Premyer Liqanın 32-ci turunun “Turan Tovuz”la oyunu barədə təəssüratlarını bölüşüb.
Futbolçu 3:0 hesablı qələbə barədə bunları deyib:
“Bilirdik ki, bizi çətin oyun gözləyir. “Turan Tovuz”un da çətin rəqib olduğunu anlayırdıq. Ancaq yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, layiqli də qələbə qazandıq. Fanatlarımıza təşəkkür edirəm ki, oyuna gəldilər və bizə dəstək oldular. Məncə, yalnız birlikdə olaraq uğurlar qazana bilərik”.
Qeyd edək ki, matçda ilk qolu Filip Ozobiç vurub