"Çox sevincliyəm, danışsam, çox vaxt aparacaq" - Orxan Aslanov

"Çox sevincliyəm, danışsam, çox vaxt aparacaq" - Orxan Aslanov

Paris-2024 Yay Paralimpiya Oyunlarında uzunluğa tullanmada qızıl medal qazanmış Azərbaycan idmançısı Orxan Aslanov (T13 kateqoriyası) dünən "Şöhrət" ordeni ilə təltif edilməsi haqda fikirlərini bölüşüb.

Mediasport.az xəbər verir ki, paralimpiya çempionu bunun çempionluqdan daha önəmli olduğunu vurğulayıb:

"Cənab Prezident İlham Əliyev ötən gün məni "Şöhrət" ordeni ilə təltif etdi. Bu, çempionluqlardan daha da önəmlidir. Təəssüratlarımız çox yaxşıdır. Dünən özüm üçün yaxşı xəbər aldım. Çox sevincliyəm. Ölkə başçısına təşəkkür edirəm. Ürəyim doludur. Danışsam, çox vaxt aparacaq".