"Zirə"ni məyus edən portuqal: "Qələbə qazanmaq istəyirdik"

"Zirə"ni məyus edən portuqal: "Qələbə qazanmaq istəyirdik"

"Səbail"in yarımmüdafiəçisi Pedru Nunu "Zirə" ilə matçdan sonra sosial şəbəkə hesabında paylaşım edib.

Mediasport.az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan oyunda dubl edən portuqaliyalı futbolçu meydana qələbə üçün çıxdıqlarını yazıb.

Bayıl klubuna yayda qoşulan pireneyli iki qol vurduğu üçün özünü xoşbəxt hiss etdiyini vurğulayıb:

"Qələbə qazanmaq istəyirdik. Ancaq yenə də güclü rəqibdən bir xal ala bildik. Mən də vurduğum iki qola görə xoşbəxtəm. Davam edirik".