Məşhur futbolçu İtaliya klubundan ayrılacaq: Ölkəsinə dönə bilər

Məşhur futbolçu İtaliya klubundan ayrılacaq: Ölkəsinə dönə bilər

"Latsio"nun braziliyalı futbolçusu Felipe Anderson cari mövsümün sonunda Roma təmsilçisindən ayrılacaq.

Mediasport.az xəbər verir ki, o, rəsmi "Instagram" hesabında bu barədə paylaşım edib.

Felipe cari mövsüm İtaliya klubunun heyətində 44 oyuna 5 qol vurub, 7 məhsuldar ötürmə edib.

2021-ci ildən "Latsio"nun formasını geyinən Andersonun "Palmeyras"a keçəcəyi gözlənilir.