93 illik tarixlərində ilk dəfə Superliqaya vəsiqə qazandılar
Futbol üzrə Türkiyə Superliqasına vəsiqə uğrunda pley-off mərhələsinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, bununla da Elitada iştirak hüququ qazanan son kollektivin adına aydınlıq gətirilib.
Pley-offun finalında "Sakaryaspor”dan üstün olan "Bodrum" 93 illik tarixində ilk dəfə Superliqaya yüksəlib.
Bodrum təmsilçisi əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın əlavə 30 dəqiqəsində 2 qol vuraraq cütün taleyini həll edib.
Xatırladaq ki, daha əvvəl 1-ci Liqanın çempionu “Eyüpspor” və ikinci yeri tutan “Göztəpə” Superliqaya vəsiqə qazanıb.