2022-ci ilin rəmzi komandası - yalnız argentina və braziliyalılar

2022-ci ilin rəmzi komandası - yalnız argentina və braziliyalılar

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Cənubi Amerikada (KONMEBOL) zonası üzrə 2022-ci ilin rəmzi heyətini açıqlayıb.

mediasport.az xəbər verir ki, Dünya çempionu olmuş Argentina millisindən 7 futbolçu “11-lik”də yer alıb.

Simvolik komanda 3-4-3 taktiki nsxeminə uyğun tərtib edilib.

Qapıçı: Emiliano Martines (Argentina)

Müdafiəçilər: Kristian Romero, Nikolas Otamendi (hər ikisi Argentina), Tiaqo Silva (Braziliya)

Yarımmüdafiəçi: Enso Fernandes, Rodriqo de Paul (hər ikisi Argentina), Kazemiro, Neymar (hər ikisi Braziliya)

Hücumçular: Lionel Messi, Julian Alvares (hər ikisi Argentina), Vinisius Junyor (Braziliya)