UEFA Avropa Liqasında 1/8 final: "Sportinq" "Atalanta"ya qarşı

UEFA Avropa Liqasında 1/8 final: "Sportinq" "Atalanta"ya qarşı

Futbol üzrə UEFA Avropa Liqasında 1/8 final mərhələsi bu gecə start götürəcək.

Mediasport.az xəbər verir ki, ilk oyun çərçivəsində 1 matç baş tutacaq.

"Sportinq" Portuqaliyada "Atalanta"nı qəbul edəcək.

Azərbaycan çempionu "Qarabağ"ın da mübarizə aparacağı mərhələnin qalan 7 görüşü sabah keçiriləcək.


UEFA Avropa Liqası. 1/8 final. İlk oyun


21:45. "Sportinq" (Portuqaliya) - "Atalanta" (İtaliya)

Baş hakim: Daniel Sibert

Yan xətt hakimləri: Yan Şeydel, Rafael Foltin (hamısı Almaniya)

Lissabon, "Joze Alvalado" stadionu.