"Gent"in nigeriyalı forvardı ulduz futbolçuları qabaqlayıb

  "Gent"in nigeriyalı forvardı ulduz futbolçuları qabaqlayıb

2023-cü ildə Avropanın TOP-10 liqasında bütün turnirlər daxil olmaqla ən çox het-trik edən futbolçuların adları müəyyənləşib.

Mediasport.az xəbər verir ki, zirvədə "Gent"in nigeriyalı hücumçusu Gift Orban qərarlaşıb.

Mövsümü 5 kubokla başa vuran "Mançester Siti"nin forvardı Erlinq Haland ikinci, 2023-cü ilin yayında "Real"dan ayrılan Kərim Benzema isə üçüncü olub.

Qeyd edək ki, sıralamada Fransa millisinin də sabiq üzvü Benzemanın yalnız "kral klubu"nda gerçəkləşdirdiyi het-triklər qeydə alınıb.

Ötən il ən çox het-trik edən futbolçular:

1. Gift Orban ("Gent", Belçika) - 51 oyun, 5 het-trik

2. Erlinq Haland ("Mançester Siti", İngiltərə) - 54 oyun, 4 het-trik

3. Kərim Benzema ("Real", İspaniya) - 30 oyun, 3 het-trik

4. Aleksandr Lakazett ("Lion", Fransa) - 37 oyun, 3 het-trik

5. Harri Keyn ("Tottenhem", İngiltərə; "Bayern", Almaniya) - 48 oyun, 3 het-trik

6. Mame Tiam ("Kayserispor", Türkiyə) - 33 oyun, 2 het-trik

7. Seru Qirassi ("Ştutqart", Almaniya) - 33 oyun, 2 het-trik

8. Kilian Mbappe (PSJ, Fransa) - 44 oyun, 2 het-trik

9. Santyaqo Ximenez ("Feyenoord", Niderland) - 49 oyun, 2 het-trik

10. Olli Uotqins ("Aston Villa", İngiltərə) - 50 oyun, 2 het-trik