Milli komandamız Bakıda Kiprə uduzdu - Avropa Çempionatı
18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının "C" divizionunda növbəti oyununa çıxıb.
MediaSport.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu yığmamız A qrupunda Kipr seçməsi ilə qarşılaşıb.
Görüş kiprlilərin qələbəsilə yekunlaşıb - 78:48.
Azərbaycan millisi qrupda sonuncu görüşünü Moldova yığmasına qarşı keçirəcək. Avqustun 3-də keçiriləcək oyun saat 20:00-da baş tutacaq.
Qeyd edək ki, basketbolçularımız qrupun ilk matçında Maltaya qalib gəliblər.