"Növbəti ildən bu məsələlərin aradan qalxmasına çalışacağıq"
"Dünya bastekbolunda həftə içi oyunlar olur. Mümkün deyil ki, həftə içinə oyun salmayaq. Bizdə gənc hakimlər yetişdirilir. Həftə sonu eyni günə çox oyun salınmaması həm də hakimlərin düzgün bölgüsünün həyata keçirilməsinə şərait yaradır".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Əliyev deyib.
Qurum rəsmisi redaksiyamıza ABL oyunlarının həftə içindən həftə sonuna keçirilməsi ilə bağlı ünvanan müraciətlərə cavab olaraq bildirib ki, buna bəzi texniki imkanlar da mane olur: "Şənbə-bazar oyunları bölgələrə salıb orda yaşayanların oyunlara baxmasını təşkil etməyə çalışırıq. Bir müddət əvvəl "Sərhəd"çi Olimpiya İdman Kompleksində hərbiçilər arasında sərbəst güləş yarışı keçirildi deyə oyunları məcbur Sumqayıta salmışdıq.
Sənan Əliyev qarşıdakı illərə bu problemin həllinə çalışacaqlarını vurğulayıb:
Bir-iki həftə ola bilər ki, oyunlar həftə içi keçirildi. Bir məsələ də yayımçı kanal "CBC Sport"la bağlıdır. Onlar şənbə-bazar futbol üzrə Premyer Liqanın oyunlarını canlı yayımladıqlarına görə çempionatın açılış oyununu 3-cü gün təşkil edirik. Müəyyən texiniki məsələlərə görə oyunların hamısını şənbə-bazara salmaq mümkün olmur. Bəzi məqamlarda həm bölgədə, həm də Bakıda oyunlar olur. Növbəti ildən bu məsələlərin aradan qalxmasına çalışacayıq".
Qeyd edək ki, ABL-in oyunları həftəiçi və şənbə-bazar günləri keçirilir.