"Gəncə" klubunun üzvləri Hərbi Qənimətlər Parkında olublar

"Gəncə" klubunun üzvləri Hərbi Qənimətlər Parkında olublar

"Gəncə" klubunun məşqçi heyəti və basketbolçuları Hərbi Qənimətlər Parkında olublar.

Mediasport.az xəbər verir ki, komandanın legionerlərinə park haqqında məlumat verilib.

Bildirilib ki, 44 günlük Vətən müharibəsində parlaq zəfəri özündə əks etdirən park Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qazandığı qələbəyə həsr olunub. Bu parkın Azərbaycanın hərbi gücünün növbəti nümayiş məkanı olduğu vurğulanıb. Parkdakı silahlar, ağır texnikalar əcnəbi basketbolçular tərəfindən maraqla qarşılanıb.

Sonda xatirə şəkilləri çəkdirilib.