"Sərhədçi" Gəncə səfərində qələbə qazanaraq 6-cı pilləyə yüksəlib

"Sərhədçi" Gəncə səfərində qələbə qazanaraq 6-cı pilləyə yüksəlib

Azərbaycan Basketbol Liqasında 14-cü turun daha bir oyunu baş tutub.

Mediasport.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində şəhərin eyniadlı klubu "Sərhədçi" ilə qarşılaşıb.

Səfərdə 78:72 hesablı çətin qələbə qazanan Bakı təmsilçisi xallarının sayını 20-yə çatdıraraq turnir cədvəlində 6-cı pilləyə yüksəlib.

Ən məhsuldar basketbolçular "Gəncə"dən Culs Mur (21 xal, 2 asist), "Sərhədçi"dən Cəbrayıl Əkbərov (18 xal, 9 ribaund) seçiliblər.

Qeyd edək ki, tura fevralın 11-də "NTD İndiqo" - "Xırdalan" görüşü ilə yekun vurulacaq.

Daha əvvəl "Neftçi" "Sabah"ı (101:87), "Xəzri" "Şəki"ni (94:85), "Sumqayıt" "Cəlilabad"ı (109:99) məğlub edib.