Millimiz Albaniyaya yollanıb

Millimiz Albaniyaya yollanıb

Qarşıdakı yarışlarda uğurlu nəticə almaq məqsədilə qadınlardan ibarət cüdo millimizin 9 üzvü Albaniyanın Qolem şəhərində təlim-məşq toplanışına yollanıb.

Azərbaycan Cüdo Federasiyasından mediasport.az saytına verilən məlumata görə, hazırlıq prosesi noyabrın 23-nə qədər davam edəcək.

Təlimdə İsveçrə, İtaliya, Sloveniya, Türkiyə, Xorvatiya, Finlandiya, Bolqarıstan, Yunanistan, Çexiya, Macarıstan və Kosovodan olan 100-ə yaxın idmançı iştirak etdir. Cüdoçularımıza qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və məşqçi Kifayət Qasımova rəhbərlik edir.