Azərbaycanı "Böyük Dəbilqə"da bu cüdoçular təmsil edəcəklər

Azərbaycanı "Böyük Dəbilqə"da bu cüdoçular təmsil edəcəklər

Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, yığmamız turnirdə 33 idmançı ilə təmsil olunacaq.

22 kişi və 11-i qadın cüdoçumuzun mübarizə aparacağı yarış fevralın 16-18-i aralığında Milli Gimnastika Arenasında keçiriləcək.

Hələlik 61 ölkənin iştirakı dəqiqləşib.


Kişilər

60 kq: Balabəy Ağayev, Turan Bayramov, Əhməd Yusifov, Nazir Talıbov

66 kq: Yaşar Nəcəfov, Kamran Süleymanov, Rəşad Yelkiyev, İslam Rəhimov

73 kq: Hidayət Heydərov, Rəşid Məmmədəliyev, Nurlan Osmanov, İbrahim Əliyev

81 kq: Səid Mollayi, Zelim Tçkayev, Ömər Rəcəbli

90 kq: Murad Fətiyev, Elcan Hacıyev, Vüqar Talıbov

100 kq: Zelim Kotsoyev, Əjdər Bağırov

+ 100 kq: Uşanqi Kokauri, Kənan Nəsibov


Qadınlar

48 kq: Leyla Əliyeva, Könül Əliyeva

52 kq: Gültac Məmmədəliyeva, Aydan Vəliyeva, Xədicə Qədəşova

57 kq: Fidan Əlizadə, Açelya Toprak

63 kq: Aytac Qardaşxanlı

70 kq: Südabə Ağayeva, Günel Həsənli

+78 kq: Nigar Süleymanova